1022
1010
1000
978
966
966
964
953
927
916
1235
1227
1225
1205
1197
1123
1095
1086
1073
1072
Aleksey İsayev. Ötən mövsümün tapıntısı kimi səciyyələndirilən “Sumqayıt”ın pleymekeri qış fasiləsindən sonra arxa plana çəkilməyə başladı. Bəziləri bunu rəqib komandaların İsayevə daha çox diqqət yetirməsi ilə əlaqələndirdi. Ancaq bu geriləmə də 24 yaşlı futbolçunun milli düşərgəsinə dəvət almasına əngəl olmadı. Hərçənd, İsayev Slovakiya və Macarıstana qarşı oyunların heç birində start heyətə düşə bilmədi. Elə macarlarla qarşılaşmanın son 10 dəqiqəsində millimizdə debüt etmə şansına da biganə yanaşdı və bununla da xasiyyətində ciddi problem olduğunu göstərdi.
...Yeni mövsümün startına sayılı günlər qalıb. “Sumqayıt”da isə İsayevi görən yoxdu. Daha doğrusu futbolçunun arada ölkəmizə baş çəkdiyi bildirilib. O, həqiqətən də Bakıya da baş çəkib, Sumqayıta da. Ancaq bu insan fəxri prezident deyil ki, kefi istəyəndən istəyənə komandaya baş çəksin.
“Gənclik şəhəri” təmsilçisinin mövsümə hazırlıq prosesində iştirak etməyən şıltaq İsayev başqa komandaya keçmək istədiyini bildirib. Heç “kimyaçılar” da bu keçidin əleyhinə deyillər. Ancaq məsələ burasındadır ki, 24 yaşa çatmış bu insan övladı hələ də anlamır ki, müqaviləylə kluba məxsussansa, keçidin üçün kompensasiya ödənilməlidir. O, gah Rusiyaya üz tutmaq istəyib, gah Portuqaliyaya. Rəsmi təklif gəldikdə isə konkret qərar verməkdən boyun qaçırıb.
İndi Aleksey çıxılmaz vəziyyətdədir. Çünki “Sumqayıt”a qayıtsa belə, onu iki aydı düşərgəsində olmalı olduğu “Sumqayıt” tərəfindən böyük məbləğdə cərimə gözləyir. Bu cərimədən canını qurtarmaq üçün o, özünə təcili surətdə yeni klub tapmalıdır. Nəzərə alsaq ki, artıq əksər ölkələrdə çempionatlar start götürib, bizdə də artıq bu həftə başlayır, Alekseyin vəziyyəti acınacaqlıdır. Hətta deyərdik gələcək karyerası ciddi şübhə altındadır.
Doğrudu, futbolçunun üzünə günəş doğa bilər. Çünki bütün hoqqalarına rəğmən, “Neftçi” İsayevi rənglərinə qatmaq istəyir. Ən maraqlısı budur ki, bu qədər başı daşdan daşa dəyən yarımmüdafiəçi “ağ-qaralar”a da müsbət cavab vermir. Hərçənd, necə deyərlər, “alan razı, satan razı”dı. Avroliqanın qrupuna düşməyi hədəfləyən “Neftçi”yə iki cəbhədə döyüşmək üçün əlavə qüvvə mütləq lazımdı. “Sumqayıt” isə xarakterində ciddi problemlər olan İsayevdən həm gəlir əldə etmək, həm də canını qurtarmaq istəyir. Amma yayda “papağını günə verən” və heç bir hazırlıq keçməyən Alyoşa bu sövdələşməyə də naz edir.
Hadisələrin gedişatı onu göstərir ki, hələ ötən mövsümün əvvəlində ünvanına ən xoş sözlər işlətdiyimiz, milli üçün yaxın gələcəyin lideri olacağını iddia etdiyimiz bir ulduz parlamadan sönmək üzrədir.
CEYHUN ƏLİYEV
23:41 Şenol Günəş Bakıda azarkeşlərimizə səsləndi: "Hər kəs biletini alsın və bizimlə bərabər olsun"
23:00 "Qəbələ"nin taleyi necə olacaq? - VİDEO
22:58 “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb
22:43 AFFA-da Şenol Günəşlə görüş
22:03 Azərbaycan çempionatının qalibləri bilindi
21:48 Lider darmadağına sevindi, əsas izləyicisi uduzdu
20:34 Azərbaycan çempionatının finalçıları bəlli oldu
20:00 “Liverpul” rekordunu yenilədi
19:30 Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə
19:00 Şenol Günəş Bakıda gördüklərindən razı qalıb: "Burdakı oyunlarda bizə ən azı 50 minlik azarkeş dəstəyi olacağını düşünürəm" - FOTOLAR
18:32 “Payız turniri”nin qalibi bəlli oldu
18:08 İspaniya superkubokunun təqvimi açıqlandı
17:42 Milli komandada baş məşqçi ayrılığı
17:18 "Zirə"də üç debüt birdən
17:00 İran yığmasının baş məşqçisi istefa verdi
16:37 1/4 final mərhələsinin oyun cədvəli açıqlandı
16:16 Türkiyəli baş məşqçi Azərbaycan klubundan ayrıldı
16:00 Zaur Həşimovun "qara siyahısı"ndakı ilk futbolçu bilindi
15:41 “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər
15:26 Şenol Günəş Bakıya gəldi - FOTOLAR
15:20 “Yuventus”un futbolçusu 3 ay oynamayacaq
15:06 "Qarabağ"ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR
15:00 “Zirə”nin ən böyük darmadağını - Azərbaycan Kubokunda
14:40 Birinci Divizion: 13-cü turun hakimləri bilindi
14:20 Premyer Liqada qarşıdakı turun hakim təyinatları açıqlandı
14:18 "Fənərbaxça"nın futbolçusu: "Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq"
14:01 "Şahdağ" 7 futbolçu ilə müqaviləsini pozdu
13:40 Kataloniyanın ən yaxşı futbolçusu
13:21 “Keşlə” 100-ü yarıladı
13:00 Bülənt Korkmaz Azərbaycana səfəri və AFFA-yla danışıqları haqda: "Onlardan biri məni dəvət etdi ki..."
12:41 Millimizin üzvü həbs oluna bilər
12:34 "Extra Time"da "Qəbələ"nin aqibətindən danışılacaq
12:21 Volkov "Qəbələ"dən yeni təklif gözləyir, qeyri-stabil saydığı çempionatımızın bombardiri olmaq iddiasındadı: "Mənə Azərbaycandan da maraq var, kənardan da"
11:46 “Sabah” rekordunu təkrarladı
11:17 Təbriz klubu səfərdən 1 xalla döndü
10:59 Millimizin rəsmi oyunlarında VAR sistemindən istifadə olunacaq
10:44 Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı
10:29 Millimiz Millətlər Liqasında sonuncu səbətdə - Ermənistan yığmasıyla birgə
10:10 TFF prezidenti: “Bakıda bizi dəstəkləmək istəyənlər indidən biletlərini alsınlar”
09:33 Super Liqa klubunda yeni baş məşqçi
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |