TOP 10

"Qarabağ"ın ÇL-dən kənarlaşdırdığı komanda 1,2 milyon avro qazanıb: "Yalnız Azərbaycana uçuşa görə 150 min xərclədik"

Futbol
Tarix: 2019-08-13 13:00

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığıl İrlandiyanın "Dandolk" bu yay avrokuboklarda çıxışına görə 1,2 milyon avro qazanıb. Sport24.az xəbər verir ki, komanda artıq çıxışını davam etdirdiyi Avropa Liqasında III təsnifat mərhələsində Slovakiya "Slovan"ını mübarizədən kənarlaşdırarsa, daha 300 min avro qazanacaq. 

 

Ancaq bunun üçün bu axşam evdə rəqibini keçmək üçün qələbə qazanmaq lazımdı. Məsələ budur ki, irlandlar Bratislavadakı ilk matçda 0:1 hesablı məğlubiyyət alıb.

 

"Dandolk"un baş məşqçisi Vinni Pert Avropadan əldə etdikləri maddi qazancların onları xərclərini qarşıladığını deyərək, ölkəmizlə bağlı olan olan konkret rəqəm səsləndirib: "Adətən böyük klublar bəyan edirlər ki, qalib gələndə böyük pullar qazanırlar. Ancaq yalnız Azərbaycana uçuşa görə 150 min avro xərclədik. Buna görə pul bu baxımdan bizə yararlı sayılır".

 

Xatırladaq ki, "Dandolk" ilk mərhələdə Latviya "Riqa"sıyla hər iki görüşdə qolsuz bərabərliyə qalaraq yalnız matçsonrası penaltilər seriyasında cütün qalibi ola bilib. Bundan sonrakı mərhələdə "Qarabağ"la evdə 1:1 hesabıyla bərabərliyə qalan İrlandiya çempionu Bakıda darmadağın olduğundan (0:2) ÇL-də çıxışını başa vurmalı olub.  

18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB