TOP 10

"Monako" Zubirin futzal yığmasındakı komanda yoldaşını 40 milyon avroya transfer etdi

Dünya Futbolu
Tarix: 2019-08-13 12:40

Fransanın "Monako" klubu yeni transferini gerçəkləşdirib. Sport24.az xəbər verir ki, "Knyazlıq klubu" "Sevilya"nın hücumçusu Vissam Ben Yedderi transfer edib.

 

29 yaşlı futbolçunun keçidi qarşı tərəfə 40 milyon avro təzminata başa gəlib. "Sevilya" Fransa millisinin üzvünü 2016-cı ildə "Tuluza"dan 9,5 milyon avroya transfer etmişdi. Hücumçu ötən mövsüm 54 oyunda 30 qola imza atıb. 

 

Ben Yedder böyük futbola futzaldan keçib. Maraqlıdı ki, o, Fransa futzal millisində hazırda "Qarabağ"ın futbolçusu olan Abdullah Zubirlə birgə oynayıb.  

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB