TOP 10

"Arsenal"ın legioneri "Neftçi"yə məğlubiyyəti artıq unutduqlarını açıqladı: "İndi özümüzü yaxşı hiss edirik, hərçənd..."

Futbol
Tarix: 2019-08-13 09:56

Rusiyanın "Arsenal" klubunun legioneri Viktor Alvares Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ylə uğursuz matçlardan söz salıb. Sport24.az xəbər verir ki, Premyer Liqasının son turunda "Ufa"yla ev matında vurduğu yeganə qolla komandasına 3 xal qazandıran ispaniyalı sol cinah müdafiəçisi tənsiçimizlə görüşdən sonra komandasındakı psixoloji duruma toxunub: "Futbolun da anlamı odur ki, hər həftə yeni matç və yeni çağırış var. Avropa Liqasındakı məğlubiyyəti artıq unutmuşuq. Həmin qarşılaşmalardan sonra özümüzü yaxşı hiss edirik. Hərçənd, onda ciddi yorulmuşduq. İndi öz oyun formamıza qayıdırıq. Şadam ki, qapımızı toxunulmaz oynaya bilirik".

 

Xatırladaq ki, "Arsenal" "Neftçi"yə Bakıda 0:3 hesabıyla yenilərək mübarizə dayandırdıqdan sonra çempionatda ardıcıl 2-ci qələbəsini qazanıb və 10 xalla ilk "5-lik"də qərarlaşıb.

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB