TOP 10

Emin Nuri üçün 54 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-08-13 09:30

Futbol üzrə İsveç çempionatında 19-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 
 

Sözügedən kollektiv doğma meydanda “Orebro” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.


“Kalmar” hazırda 15 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB