TOP 10

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

Futbol
Tarix: 2019-08-13 22:19

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində bu gün növbəti matçına çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubuna bir həftə öncə səfərdə 2:1 hesabıyla qalib gəldiyi Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaq üçün hətta heç-heçə də bəs edirdi. Amma təəssüf ki, Azərbaycan çempionu doğma meydanda heç kimin gözləmədiyi halda 2 cavabsız qolla uduzmaqla ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
 
Qeyd edək ki, “Qarabağ” Kipr təmsilçisini mübarizədən kənarlaşdırsaydı, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Amma Ağdam təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirməlidi. Komandamız bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu kollektivlərin ilk duelində "Linfild" 2:1 qalib gəlib.
 
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

13 avqust

Qarabağ – APOEL 0:2
Qol: De Vinsenti, 34-pen. U.Matiç, 68.
Qırmızı vərəqə: R.Almeyda, 90+4.
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

"Qarabağ": 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.
Baş məşqçi: Tomas Doll.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB