TOP 10

Dörd güləşçimiz təsəlliverici görüşə çıxacaq - DÇ-də

Güləş
Tarix: 2019-08-12 20:52

Bu gün Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
 

Mahir Məmmədzadə debütdə yapon güləşçiyə müqavimət göstərə bilməyib. Rəqibin finala yüksəlməsi Mahirə təsəlliverici görüşə vəsiqə verib.


Yığmanın əsas simalarından sayılan Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısına aman verməyib. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin görüş keçirib. Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.


Əşrəf Aşırov mundiala inamlı start verib. Həmyerlimiz elə ilk hissədə İsrail idmançısını məğlub edib. Aşırov daha sonra ABŞ güləşçisini yolundan kənarlaşdırıb. Əşrəf 1/4 finalda gənclər arasında son Avropa çempionu olmuş moldovalı rəqibinə minimal fərqlə yenilib. Moldova təmsilçisi finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşdə qüvvəsini sınayacaq.


Abubakr Abakarov təsnifat mərhələsində ABŞ təmsilçisindən güclü olub. Ancaq Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala vəsiqə qazanması Abakarova təsəlliverici görüşə çıxmaq imkanı verib.


Temraz İsmayılov debütdə hindistanlı həmkarına uduzub.


57 kq
Təsnifat - Mahir Məmmədzadə - Toşiya Abe (JPN) 2:13
Təsəlliverici görüş - Mahir Məmmədzadə - Sərdar Ruzimov (UZB)


65 kq
Təsnifat - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 6:0
1/8 final - Turan Bayramov - Yəhya Abdullah Tomas (USA) 9:1
1/4 final - Turan Bayramov - Əmirhüseyn Əzim Maqsudi (İRİ) 7:7*
Təsəlliverici görüş - Turan Bayramov - Stefan Yonut Koman (ROU) / Kanta Tokuriki (JPN)


70 kq
Təsnifat - Əşrəf Aşırov - Raul Zərbəliyev (İSR) 11:0
1/8 final - Əşrəf Aşırov - Brayton Eduard Li (USA)
1/4 final - Əşrəf Aşırov - Vasile Diakon (MDA) 3:4
Təsəlliverici görüş - Əşrəf Aşırov - Aleksandr Kurişta (BLR) / Alinur Takirov (KGZ)


79 kq
Təsnifat - Abubakr Abakarov - Aaron Markel Bruks (USA) 5:3
1/8 final - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS) 3:5
Təsəlliverici görüş - Abubakr Abakarov - 


97 kq
Təsnifat - Temraz İsmayılov - Akaş Antil (İND) 6:12

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB