TOP 10

Bakıya 3-cü dəfə gələn APOEL-in hücumçusu: "Burda oynamaq hər zaman çətindi, çünki..."

Futbol
Tarix: 2019-08-12 19:42

"İlk oyun yaxşı oldi. Ancaq əminəm ki, daha yaxşı çıxış edə bilərik. Komandamızın keyfiyyəti var, mübarizə apara, qalib gələ biləri". Sport24.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Andrea Pavloviç "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyunu öncəsi mətbuat konfransında bildirib.

 

Bunadək öz ölkəsinin "Çukariçki" klubuyla "Qəbələ"ylə, Danimarka "Kopenhagen"iylə "Qarabağ"a qarşı oynamış, qol da vurmuş serbiyalı hücumçu əvəvlki səfərlərini xatırlayıb: "Bəli, Bakıya 3-cü dəfə gəlirəm.. "Kopenahgen"lə burda uduzduq. Evdə qalib gəslək də, mərhələni keçə bilmədik. Bakıda oynamaq hər zaçan çətindi. Azarkeşlər doğma komandalarını çox dəstəkləyir. Keyfiyyətimizə inanmalıyıq. İnamla və yaxşı çıxşıla nəticə əldə edə bilərik.  "Qarabağ" kimi güclü rəqiblə görüşdə qalib gəlməyə çalışacağıq".

 

Xatırladaq ki, APOEL evdəki ilk matçda "Qarabağ"a 1:2 hesabıyla yenilib.

 

 

 

MEHMAN SÜLEYMANOV 

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB