TOP 10

APOEL-in baş məşqçisi Bakıda mərhələ keçəcəklərinə inanır, qovulacağını istisna etmir: "Hiss edirəm ki, çox güclü komandaya qalib gələ bilərik"

Futbol
Tarix: 2019-08-12 19:35

Kiprin APOEL klubunun yeni baş məşqçisi Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab görüşü öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan almaniyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşmayla bağlı düşüncələrini bölüşüb. 

 

- Komandanın oyuna faizlə nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Amma çox yaxşı komandam var. Futboçular ilk oyundakı nəticəni dəyişmək istəyirlər. 4 məşqimiz var və futbolçularımızın hər biri oyun səviyyəsinin ən yaxşısını göstərmək istəyir. Təəssüf ki, ilk matçda bunu göstərə bilməyiblər. Məşq prosesindən çox razıyam. Sabahkı matça köklənmişik və ən yaxşı oyunumuzu göstərmək istəyirik. Konsetrasiyamız böyükdü, mərhələ keçmək üçün 2 top fərqiylə qalib gəlməliyik. 

 

- Mərhələ keçmək imkanınız nə dərəcədə böyükdü?

- Önəmli olan ilk matçla müqayisədə ən yaxşı oyunumuzu oynamaqdı. Söz bir şeydi, meydançada çıxış başqa. Futbolçularımla söhbət etmək imkanım olub. Hiss edirəm ki, mərhələ keçmək şansımız var və çox güclü komandaya qalib gələ bilərik. 

 

- Fərqli performans deyəndə, nəyi nəzərdə tutursunuz? Komanda ilk görüşlə müqayisədə fərqli oyun sistemiylə oynayacaq, yoxsa..?

- (gülür) Təəssüf ki, bununla bağlı məlumat verə bilməyəcəm. Ancaq əmin ola bilərsiniz ki, bunu sabah meydanda görə bilərsiniz. Jurnalistlərə qarşı hörmətsiz olmaq istəmirəm. Dəyişikliyi ilk növbədə futbolçularımla danışmalıyam, sonra bunu meydançada hamıya göstərəcəyik.

 

- Sabahkı oyunda 3 futbolçunuz çıxış etməyəcək. Onları əvəzləməklə bağlı həll yollarını tapmısınız?

- Əsas inamdı. Bu, futbolda ənənəvi məqamdı. Zədəlilərin olması normaldı. Çox yaxşı heyətimiz var və bu itkilərin öhdəsindən gələcəyimizə inanıram. İndi itkiləri düşünmək istəmirəm. Əlimizdə olan futbolçularla nəyəsə nail olmağa çalışacağıq.

 

- Sabahkı matçı "texniki zona"dan yox, tribunadan izləyəcəksiniz. Çünki klubunuz sizi UEFA-ya sifariş edə bilmir. Bu, komandanızın oyununa necə təsir edə bilər?

- Yox, doğru məlumat deyil. Aşağıdan oyuna baxacam. Amma doğru deyirsiniz, çox emosionalam və hakim məni tribunaya göndərməsi olub. Belə də ola bilər, sabah da bu, baş verə bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm.

 

-  "Qarabağ"la ilk oyundakı səhvləri təkrarlamaq üçün nə etmək fikrindəsiniz?

- Oteldə futbolçularla görüşüm olub. Oyuna baxmışam, önəmli məqamları müşahidə elədim. Sabah daha güclü oynayacağıq, çox qol şansı yaradacağıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB