TOP 10

“Neftçi” - “Bney Yehuda” matçının ən yaxşısı

Futbol
Tarix: 2019-08-12 19:09

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdiyi ilk oyunun ən yaxşıları məlum olub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 2:2 hesablı heç-heçəyə razılaşdığı matçın ən yaxşısı Anton Krivotsyuk olub.
 

“Neftçi” - “Bney Yehuda” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:


Ən yaxşı indeksə malik olan futbolçu: Anton Krivotsyuk – 294


Çərçivəyə ən çox zərbə vuran: Stiven Jozef-Monroz, Namiq Ələsgərov, Rauf Əliyev, Dario Federiko, Vangelis Platellas – 1


Ən çox dəqiq ötürmə verən: Voyislav Stankoviç – 92


İkili mübarizədən ən çox qalib ayrılan: Kirilo Petrov – 13


Ən çox cərimə qazandıran: Anton Krivotsyuk – 5

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB