TOP 10

"Qarabağ"ın iki futbolçusu diqqətli olmalıdı

Futbol
Tarix: 2019-08-12 16:18

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" sabah Kiprin APOEL klubunu qəbul edəcək.Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma öncəsi təmsilçimizin iki futbolçusu - Rahil Məmmədovla Maksim Medvedev cəzalı duruma düşmək təhlükəsinə daha yaxındır.

 

Belə ki, hər iki müdafiəçi cari mövsüm ÇL-də iki sarı vərəqə alıb. "Qarabağ"ın digər futbolçularından Miçel Madera, Aylton Silva, Simeon Slavçev və Rəşad Sadıqovun hesabına bir sarı vərəqə var.

 

Qaydalara əsasən, təsnifat mərhələsində 3 sarı vərəqə alan futbolçu cəzalı duruma düşür. Həmin futbolçu növbəti dəfə iki sarı vərəqə alarsa, matçı buraxmalı olur. Qrup mərhələsində isə təsnifatda alınan sarı vərəqələr ləğv edilir. 

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB