TOP 10

"Makkabi" millimizin futbolçusunu transfer edir

Futbol
Tarix: 2019-08-12 15:36

Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Azərbaycan millisinin futbolçusu Əli Babayev karyerasını İsraildə davam etdirəcək. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçisi yüksək liqa klubu "Makkabi"nin (Petah-Tikva) düşərgəsində yer alıb.

 

Artıq bu komandayla məşqlərə çıxan Babayevlə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Yüksək yerlər uğrunda mübarizə aparmaq üçün heyətinin gücləndirməyi vacib sayan "Makkabi"nin Babayevə böyük ümidləri var. O, yerli mütəxəssis Qay Luzonun rəhbərliyi altında çıxış edəcək ki, bu mütəxəssis 10 il əvvəl "Bney Yehuda"nın baş məşqçisi kimi Avropa Liqasında "Simurq"u mübarizədən kənarlaşdırıb - Bakıda 1:0, Tel-Əvivdə 3:0.  

 

Həyatının böyük hissəsini İsraildə keçirdiyi üçün ora doğma vətəni sayılan Əli ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev "gənclik şəhər"i təmsilçisində 29 matçda 1 qol vurub. Mərkəz yarımmüdafiəçisi Litva yığması ilə bu ilin martında "Bakcell Arena"da qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündə millimizdə debüt edib. 

 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB