TOP 10

"Qəbələ" baxışdan keçirdiyi legionerlərlə bağlı qərar verməyə tələsmir: "Perspektivləri var, ancaq..."

Futbol
Tarix: 2019-08-12 14:18

"Toqolu Yaovi Akakpoyla qanalı Maykl Boakye bizdə baxışdadı. Hər iki gənc orta sahə oyunçusudu. Maykl dayaq yarımmüdafiəçisidi, Yaovi isə cinah. Baş menecerimiz Zaur Əzizovla əlaqə saxlayaraq baxışa göndərmək istədiklərini bildiriblər. Biz də müsbət cavab verdik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov bildirib.

 

Onun sözlərinə görə, bu iki legionerlə bağlı tələsik qərar vermək istəmirlər: "Onlar hələ məşqlərimizdə iştirak edirlər, baxırıq. İki yoxlama matçında - MOİK və Küveyt klubuyla görüşlərdə sınadıq. Onlar da tələsmir, biz də. Yaxın günlərdə danışıb haqlarında qərar verəcəyik".

 

Məlumdur ki, "Qəbələ"nin legioner transferiylə bağlı büdcəsi tamamlanıb. Azərbaycan Kubokunun son qalibi indi bu əcnəbilərlə bağlı müsbət qərar versə, necə transfer edəcək?  Qurbanovu dinləyək: "Düzdür, maddi çətinliyimiz var. Bizə ayrılan büdcəylə transferləri etmişik. Bir az aşağı məbləği olan futbolçular olur. Onlarla maraqlanırıq, yaxşı təsir bağışlayanı da olur. Əlbəttə, onlar baxışa gəliblər, birbaşa transfer deyillər. Klub rəhbərliyi ilə məsləhətləşirik. Bəyəndiyimiz futblolçuları götürə billirik. Perspektivləri var, ancaq hələ o dərəcədə deyil. Ona görə qərar verməyə tələsmirik. Yəqin ki. 2-3 günə qərarımızı verəcəyik".

 

Gənc mütəxəssisdən qış fasiləsində Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında olduqları zamanı baxışdan keçirdikləri, transferləri yaya qalan gənc braziliyalı futbolçular haqda da soruşduq: "Aralarında bəyəndiklərimiz vardı. Ancaq klublarıyla müqavilələri vardı. Təklif etdiyimiz şərltlərlə razılaşmadılar, yaxud biz nəyləsə razılaşmadıq. Beləcə qarşılıqlı anlaşma olmadı. Elə legionerlər seçirik ki, ən azı bizim akademiya futbolçularından üstün olsunlar. Hamısı gənc əcnəbi futbolçulardı. Belə olduğu təqdirdə öz uşaqlarımıza üstünlük veririk".

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB