TOP 10

APOEL “Qarabağ”la oyun üçün 26 futbolçu gətirdi

Futbol
Tarix: 2019-08-12 11:45

Kiprin APOEL klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin yeni baş məşqçisi Tomas Doll Bakı səfərinə 26 futbolçu gətirib:
 

Qapıçılar: 12. Dimitris Priniotakis, 27. Vid Belets, 99. Boy Vaterman;


Müdafiəçilər: 13. Kevin Lafrans, 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Georgos Merkis, 34. Lukas Kaloqiru, 44. Nkolas Yannu, 91. Draqan Mihayloviç, 55. Xristos Şelis;


Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgos Efrem, 8. Lukas Souza, 10. Tomas De Vinsenti, 14. Uroş Matiç, 19. Omar Hani, 22. Minas Antoniu, 33. Antreas Makris, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal;


Hücumçular: 9. Linus Hallenius, 11. Musa Tamari, 20. Andriya Pavloviç, 89. Roman Bezyak.


“Qarabağ” səfərdə baş tutan ilk oyunda APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB