TOP 10

Günün retrosu: Kiprlilər bizi 24 il əvvələ apardı - FOTOLAR

Futbol
Tarix: 2019-08-12 11:14

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə Bakıdakı cavab qarşılaşması öncəsi Kipr mətbuat təmsilçisinin Azərbaycana ilk səfərini xatırlayıb. Sport24.az xəbər verir ki, söhbət 1995-ci ildə Kuboklar Kubokunda keçirilən "Neftçi" - APOEL matçından gedir.

 

Sumqayıtda Mehdi Hüseynzadı adına şəhər stadionunda keçirilən bu görüş qolsuz bərabərliklə nəticələnib ki, bu da klublarımızın avrokuboklarda ilk xalı kimi tarixə düşüb. Vaqif Sadıqovun baş məşqçisi olduğu təmsilçimiz Kiprdə 0:3 hesabıyla uduzduğundan qitəmiqyaslı turnirdə mübarizəni ilk mərhələdəcə dayandırıb. 

 

Sport24.az 24 il öncə keçirilən həmin matçdan fotosessiyanı sizə təqdim edir: 

 

 

Xatırladaq ki, məhz "Neftçi" 2012-ci ildə məhz APOEL-i Avropa Liqasının pley-off mərhələsində keçərək qrupa düşən ilk təmsilçimiz olub.

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB