TOP 10

Hakimlərdən laktat testi götürülüb - FOTOLAR

Futbol
Tarix: 2019-08-12 10:41

AFFA-nın Futbol akademiyasında “Complex Core” şirkəti tərəfindən Topaz Premyer Liqasının və I divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb. Sport24.az xəbər verir ki, Roman Yahodanın başçılıq etdiyi test şirkətin nümayəndələri Evelin Mayer, Amin Vogel və Thomas Taro Netzer tərəfindən həyata keçirilib.

 

Hakimlərin sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Kordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə fərdi məşq planı hazırlanması qərarlaşdırılıb.

 

Xatırladaq ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik rəhbərlik edib.

 

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB