TOP 10

Premyer Liqa matçı zamanı mikrofonla hakimi təhqir olundu - VİDEO

Dünya Futbolu
Tarix: 2019-08-12 09:47

Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" matçının ikinci hissəsində maraqlı anlar yaşanıb. Sport24.az xəbər verir ki,  Qroznıda "Axmat Arena"da keçirilən qarşılaşmanın 82-ci dəqiqəsində şəxsiyyəti hələ dəqiqləşdirilməyən bir şəxs mikrofonu əlinə alaaraq matçı idarə edən Aleksey Suxoyun ünvanına "Hakim keçidi" deyib.

 

Bundan bir neçə dəqiqə əvvəl isə "Axmat"ın prezidenti Məhəmməd Daudov meydanın kənarında futbolçusunun qırmızı vərəqə alaraq çıxarılmasına görə hakimə nalayiq jest göstərib. Qarşılaşma meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Onu da qeyd edək ki, Çeçenistan Respublikasının prezidenti Ramzan 2013-cü ildə hakimi mikrofonla təhqir etmişdi.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB