TOP 10

Novruzov “Şerif”ə qarşı 90 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-08-12 10:30

Futbol üzrə Moldova çempionatında 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda lider “Şerif”lə qarşılaşıb. Futbolçumuzun komandası Tiraspol təmsilçisi ilə oyundan məğlubiyyətlə ayrılıb – 0:3.


Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


“Dinamo-Avto” 17 oyuna topladığı 21 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB