TOP 10

“Monako”nu “Anderlext”ə dəyişdi

Dünya Futbolu
Tarix: 2019-08-12 10:00

Belçikanın “Anderlext” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, sözügedən klub Fransa təmsilçisi “Monako”dan Naser Şadlini heyətinə qatıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu 1 illik icarəyə götürülüb.


Karyerası ərzində “Apeldorn”, “Tvente”, “Tottenhem”, “Vest Bromviç” kimi klublarda oynamış Belçika yığmasının üzvü, 2018-ci ilin avqust ayından “Monako”da çıxış edirdi. O, bu komandada cəmi 11 rəsmi oyuna çıxıb.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB