TOP 10

Millimizin sabiq baş məşqçisi Qazaxıstan klubunda

Futbol
Tarix: 2019-08-11 17:50

Futzal üzrə millimizin sabiq baş məşqçisi Biro Jade karyerasını Qazaxıstanda davam etdirəəck. Sport24.az xəbər verir ki, 46 yaşlı braziliyalı mütəxəssis "Jetısu" klubunun yeni baş məşqçisi təyin olunub. 

 

Biro Jade kimi tanınsa da, əsl ad-soyadı Nilson Maşado dos Santos olan "sambaçı"nın bunadək futzalçı kimi karyerası Qazaxıstana bağlı olub. Belə ki, o, Karaqanda "Tulpar"ında çıxış edib.

 

Jade Rusiyada, Ukrayna ilə yanaşı, Azərbaycanda legioner həyatı yaşayıb. Uzun illər "Araz"ın heyətində çıxış edən, oyunçu karyerasını orda da bitirən Biro dəfələrlə ölkə çempionu, habelə 2010-cu ildə UEFA Kubokunun bürünc medalçısı olub. O, həmin ildə oyunçu kimi millimizlə həmin ildə Avropa çempionatında 4-cü yeri tutub, sonradan isə yığmamızda məşqçi və baş məşqçi olub.  

 

  

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB