TOP 10

DÇ-də açılış matçında ilk qolun müəllifi olan 34 yaşlı futbolçu klubumuzla danışıq aparır

Futbol
Tarix: 2019-08-11 16:00

Cənubi Afrika Respublikası (CAR) millisinin futbolçusu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.  Sport24.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarımızdan biri ilə danışıqlar aparır. 

 

Belə ki, futbolçunun agenti hazırda Azərbaycandadır və danışıqlar aparır. Ötən mövsüm 17 oyun keçirdiyi "Ərzurumspor" Sipiveylə müqaviləni uzatmayıb. Çabalala daha iki il futbol oynayaraq karyerasını başa vurmaq fikrindədi. Xəbərdə futbolçunun həmyerlilərinin Hendrik Eksteynin "Sabah"da çıxış etdiyi, Dino Ndlovunun "Qarabağ"da parlaq karyera yaşadığı qeyd olunub. 

 

Xatırladaq ki, Çabalala 2010-cu ildə CAR-da keçirilmiş dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb. O, 2007-18-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 20 oyuna 9 qol vurub.

21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB