TOP 10

"Qarabağ" millidəki futbolçularını geri çağırdı

Futbol
Tarix: 2019-08-11 14:28

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Sport24.az AFFA-nın rəsmi syatına istinadən xəbər verir ki, “Qarabağ”ın müraciəti əsasında 3 futbolçusu - İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun Çempionlar Liqasında (ÇL) Kiprin APOEL-i Bakıdakı cavab matçı ilə əlaqədar millinin toplanışından azad ediliblər. Onların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub.

 

Xatırladaq ki, U-21 yığmamız avqustun 11-12-də Bakıda hazırlıq keçəcək, "Qarabağ" isə ÇL-in III təsnifat mərhələsindəki matçını avqustun 13-də keçirəcək. 

CBCsport
09 Dekabr 2019
08 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB