TOP 10

"Şeydayev sürət yığdı, mənə zonaya yaxşı ötürmə verdi, ancaq..."

Futbol
Tarix: 2019-08-11 12:00

Moskva "Dinamo"sunun futbolçusu Vladislav Qrulev hücumdakı komanda yoldaşı Ramil Şeydayevdən söz açıb. Sport24.az xəbər verir ki, gənc forvard Rusiya Premyer Liqasının hesabat turunda "Zenit"ə evdə 0:2 hesabıyla uduzduqları görüdə millimizin hücumçusunun ötürməsindən boşa verdiyi qol epizoduna toxunub: "Bəli, cərimə meydanımızda yaxşı, sürətli hücum oldu. Ramil sürət yığdı, mənə zonaya yaxşı ötürmə verdi, ancaq qol vurmaq alınmadı. Yəqin ki, daha sürətli hərəkət etməli, daha tez zərbəli vurmalı və ya başqa cür oynalı idim. Çünki müdafiəçi artıq son anda zərbəmin qarşısını bağladı. Nəticədə zərbə vurmaq alınmadı. Uduzurduq, ona görə baş məşqçi hücumu gücləndirməyi qərara aldı. Mənə meydana buraxarkən dedi ki, hücumu dəstəkləyim, açılım, çoxlu hərəkət tələb olunurdu. Gərək müdafiəçiləri gərginlikdə saxlayaydım".

 

Xatırladaq ki, Şeydayev yetirməsi olduğu "Zenit"ə qarşı 90 dəqiqə çıxış edib. 

CBCsport
09 Dekabr 2019
08 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB