TOP 10

“Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

Futbol
Tarix: 2019-08-10 18:30

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində öz meydanında Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyununa bilet satışı davam edir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq biletlərin 15 mindən çoxu satılıb. Oyun gününə qədər bu göstəricinin artması gözlənilir.

 

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:30-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

CBCsport
09 Dekabr 2019
08 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB