TOP 10

"Qəbələ"də legioner ayrılığı

Futbol
Tarix: 2019-08-10 13:16

"Qəbələ" yay transferi olan İvitsa Juniç düşərgəni tərk edib. Sport24.az xəbər verir ki, Tiflis "Dinamo"suyla Avropa Liqasının II təsnifat mərhələsi qarşılaşmasında ağır zədələnən xorvatiyalı müdafiəçi Vətəninə yollanıb.

 

Belə ki, Gürcüstün paytaxtında üzündən əməliyyyat olunan İvitsa bir müddət dinlənməlidi. Tiflisdən Bakıya gələrək yır-yığış edən legioner həkimlərin verdiyi proqramı alaraq gedib. Belə ki, o, Xorvatiyada həkim nəzarətində müalicə olunacaq. Almacıq sümüyü 3 yerdən qırılan Juniçin sağalmasına təxminən ayyarım gedəcək. Bundan sonra - sentyabrın axırı-oktyabrın əvvəlində futbolçunun ölkəmizdə qayıdışı nəzərdə tutulub. Tikişləri açılacaq İvitsanın həkimlər müayinə edəndən sonra qərar verəcəklər ki, artıq yavaş-yavaş fərdi məşqlərə başlaya bilər, yoxsa hələ yarım ay da gözləmək lazım gələəck. 

 

Xatırladaq ki, “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə bitdiyi Tiflisdəki matçda Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edərək ambulansla xəstəxanaya çatdırılıb.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB