TOP 10

Güləşçilərimiz qran priyə altı medalla başladı

Güləş
Tarix: 2019-08-09 00:01

Gürcüstanın paytaxtı Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə qran pri turniri davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib. 
 

Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıb.


Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB