TOP 10

"Bney Yehuda"nın baş məşqçisi özündən çıxdı: "Yenə belə axmaq suallar versəniz, mətbuat konfransını tərk edəcəm"

Futbol
Tarix: 2019-08-08 23:12

İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abokasi Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə səfərdə 2:2 hesabıyla heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, israilli mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

 

- İlk hissə bizim üçün yaxşı alındı, 2 qol vura bildik. Sonra yorulduq, çünki bu mövsümdə ilk rəsmi matçımız idi. İkinci hissədə təhlükəli epizodumuz yox idi. Sadəcə, müdafiəni fikirləşirdik. Matçdan əvvəl mənə desəydilər ki, 2:2 hesabı olacaq, buna qarşı olmazdım. Ancaq qarşılaşmanın gedişatını nəzərə alsaq, bu, heç də yaxşı nəticə deyil. Ancaq duelin taleyinin həll olunması üçün evdə cavab görüşü var.

 

- İkinci hissədə belə oyuna görə utanmırısnız?

- Növbəti sual. 

 

- Futbolçularınıza ikinci hissədə tapşırıq vermişdiniz ki, vaxtı uzadın?

- Çox üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Normal sualları cavablandıraram. Yenə belə suallar versəniz, mətbuat konfransını tərk edəcəm.

 

- Cavab matçında evdə daha çox müdafiədən çıxış edəcəksiniz?

- Bugünkü oyunu təhlli edib fikirləşəcəyik, sonra qərar verəcəyik.

 

- Səmimi olsanız, səfərdəki bu nəticədən sonra mərhələ keçmək şanslarınızı daha çox sayırsınız?

- Hələ bunu deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadı. Əfsuslar olsun ki, növbəti matçadək bir neçə futbolçumuzu sifarış edə bilməyəcəyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB