TOP 10

İslam qran prinin finalında

Güləş
Tarix: 2019-08-08 20:39

Gürcüstanın paytaxtı Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə qran pri turniri davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə 57, 65 və 74 kq-da sərbəst, 60, 67, 77 və 87 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 
 

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) finala vəsiqə qazanıb. Onun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Şahin Muxtarov, eləcə də yunan-Roma güləşçilərimizdən Kamran Məmmədovla (67 kq) Həsən Əliyev (77 kq) bürünc medal uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB