TOP 10

“Neftçi" Avropa Liqasında son saniyə qoluyla xilas oldu

Futbol
Tarix: 2019-08-08 22:52

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti matçına çıxıb.


Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi səfər oyununa daha arxayın yollanmaq üçün Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanması lazım idi. İlk hissədə qısa müddətdə 2 qol buraxan "Neftçi" fasiləyədək fərqi azalda bilib. Təmsilçimiz son saniyələrdə məğlubiyyətdən xilas olan qol vurmağa müvəffəq olub. 


Cavab görüşü avqustun 15-də Tel-Əvivdə keçiriləcək. “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.


Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu

8 avqust


Neftçi - Bney Yehuda 2:2 (2-ci hissə)

Qol: S.Monroz, 43. Na.Ələsgərov, 90+5 - T.Saqas, 26, M.Qadir, 37
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta.
Bakı. “Bakcell Arena”.


Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.

Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB