TOP 10

Mahir Emreli “APOEL” dedi: “O əskiyə heç fikir vermədim”

Futbol
Tarix: 2019-08-07 19:18

Ötən gecə “Qarabağ” daha bir tarixi nəticəyə imza atdı. Azərbaycan çempionu ağır Kipr səfərindən 2:1 hesablı qələbəylə döndü. “Süvarilər”in ilk qolunun müəllifi isə ən çox tənqid olunan futbolçusu Mahir Emreli idi. Məhz bu qol meydan sahiblərinin  planlarını məhv edən hadisə idi. Bu gün Vətənə qayıdan ağdamlıların 22 yaşlı hücumçusu Sport24.az-a verdiyi müsahibədə dünənki matçı dəyərləndirməkdən başladı.

 

- Ağır oyun oldu, həm azarkeşlərin basqısı, həm hava şəraiti baxımından. Amma düşününurəm ki, maraqlı oyun alındı.

 

- Tribunadakı Ermənistan bayrağı sən və komanda yoldaşların üçün əlavə qıcıqlandırıcı rol oynadımı ki, daha da əzmlə vuruşasınız?
- Sözün düzünü desəm, o əskiyə heç fikir vermədim. Yalnız oyundan sonra anamla danışanda, mənə bu barədə xəbər verdi.

 

- Səncə, “Qarabağ” rəqibini hansı komponentlərdə üstələyərək, qələbə qazandı?
- Tam da üstələdik desək, doğru olmaz. Məncə, sadəcə, əlimizə düşən fürsərtləri yaxşı dəyərləndirdik. Hələ təbii ki, dəyərləndirə bilmədiklərimiz də oldu. Ancaq etiraf edim ki, rəqibin də kifayət qədər şansı oldu. Ona görə düşünürəm oyun 50-50-yə keçdi.

 

- Olduqca əhəmiyyətli oyunda hesabı açmaq sənin üçün nə deməkdi?
- Hücumçuyam, bu, mənim işimdi. Nə qədər çox qol vura bilsəm, o qədər yaxşıdı. Çünki hər qol özüməinamı artırır. Ancaq hər zaman demişəm ki, ən önəmlisi komandamızın qalib gəlməsidi.

 

- Fərqləndiyini epizodu karyeranın ən vacib qolu hesab edirsənmi?
- Xeyr, hələ ki, hesab etmirəm (gülür).

 

- Pley-offa yüksəlmək şansınız xeyli artıb. Son nöqtəni qoymaq yolunda məsələnin neçə faizinin həll edildiyini düşünürsən? 
- Həmişə demişəm ve görmüşük ki, müasir futbolda mümkünsüz heç nə yoxdu. Bu səbəbdən də, gəlin, hələ kiz tələsməyək.

 

- PAOK, yoxsa “Ayaks”?
- APOEL! (gülür).

 

 

CEYHUN ƏLİYEV
 

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB