TOP 10

Milli komandamızın baş məşqçisinin istefası qəbul olundu

Boks
Tarix: 2019-08-06 12:18

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb. Sport24.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası rəhbərliyinin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciətinin müzakirə olunduğu açıqlanıb. 

 

Səhhəti ilə bağlı ayrılmaq istəyən Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Federasiya rəhbərliyi artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

 

Qeyd edək ki, ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunan Şirinov bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

 

21 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB