TOP 10

“Qarabağ” Kiprdən qələbəylə qayıdır

Futbol
Tarix: 2019-08-06 22:55

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
 

Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubu bir həftə sonra Bakıda baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıb.

 

Matçda bütün qollar ikinci hissədə vurulub. Fasilədən az sonra Mahir Emreli hesabı açıb. Onu əvəzləyərək "Qarabağ"da debüt edən yeni transferi Maqaye Qeyeyə qol hesabını açmaq üçün 1 dəqiqə bəs edib. Meydan sahiblərinin gücü son snaiyələrdə hesab arasında fərqi minimuma azaltmağa çatıb. 


Qeyd edək ki, “Qarabağ” Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Salonikidəki görüş 2:2 hesabıyla nəticələnib. 


UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

6 avqust


21:00. APOEL - Qarabağ - 1:2 

Qol: G, Merkis, 90+5 - M.Emreli, 54, M.Qeye, 70
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.


APOEL: 27. Vid Belets, 6. Savvas Gentoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Paolo Trametsani.
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB