TOP 10

Millimizin baş məşqçisi dünya çempionatında çıxışı qənaətbəxş sayır: "Bəzi güləşçilərimizdə əvvəlki yarışın yorğunluğu da sözünü dedi"

Güləş
Tarix: 2019-08-05 21:00

Bolqarıstanda keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatının ilk günlərində mübarizə aparan sərbəst güləş üzrə yığmamız iki medal qazandıb. Sport24.az xəbər verir ki, Cəbrayıl Hacıyev (65 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olu, Murad Haqverdiyev (45 kq) isə bürünc medalı boynundan asıb.

 

Milli komandanın dünya çempionatının çıxışı ilə bağlı millinin böyük məşqçisi Əsgərxan Novruzov Azərbaycan Güləş Federasiyasının (AGF) saytına açıqlama verib: "Bütün yarışlara gedəndə qızıl medal qazanmağı və himnimizi səsləndirməyi qarşımıza məqsəd qoyuruq. Bildiyiniz kimi, iyunda Avropa çempionatında uğurlu çıxış etdik. 1 qızıl, 2 gümüş və 4 bürünc medalla komanda hesabında 2-ci yeri tutduq. Daha sonra Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) 6 güləşçimizin hamısı fəxri kürsüyə qalxdı. Vətəndə keçirilən yarışda 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdik. Bütün gücümüzü də məhz EYOF-a qoymuşduq. Təəssüf ki, festival ilə dünya çempionatı arasında interval cəmi 1 həftə idi. Bu da bəzi aparıcı güləşçilərimizin çəkisalma problemiylə üzləşməsiylə nəticələndi. Ona görə də Sofiyaya bir neçə əsas güləşçimizi apara bilmədik. Ancaq EYOF-da çıxış etmiş güləşçilərimizdən ikisi Bolqarıstanda da ümidləri doğrultdu. Cəbrayıl Hacıyev qızıl, Murad Haqverdiyev isə bürünc medal qazandı. Ümumilikdə çıxışımızı qənaətbəxş saymaq olar. Hər halda, nəzərə alaq ki, iki yarış arasındakı qısa vaxta görə əsas heyətlə dünya çempionatına yollana bilmədik və bəzi güləşçilərimizdə əvvəlki yarışın yorğunluğu da sözünü dedi".

 

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB