TOP 10

Polina Rəhimova: "Hər kəsi Azərbaycan bayraqları ilə oyunlarımız zamanı gözləyirik"

Voleybol
Tarix: 0000-00-00 00:00

"Bu yarışa var gücümüzlə hazırlaşmışıq. Sabah Norveç komandası ilə görüşəcəyik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək". Sport24.az xəbər veir ki, bu fikirləri Azərbaycan qadınlardan ibarət voleybol yığmamızın liderlərindən olan Polina Rəhimova bildirib. Bakıda sabah startı veriləcək dünya çempionatının Avropa təsnifat oyunlarının iştirakçısı olacaq millimiz mübarizəyə Norveçlə sınaqla başlayacaq. 

Rəhimova qrupda bütün rəqiblərimizə hörmətlə yanaşdıqlarını söyləyib: "Fikrimcə, gərgin oyunumuz  Hollandiya və Ukrayına milləri ilə olacaq. Bildiyiniz kimi, yarış 5 gün ardıcıl olaraq keçiriləcək. Sevindirici haldır ki, komandamızda artıq ehtiyat oyunçularımız yetəri qədərdi. İnanıram ki, biz bir-birimizə yükək nəticə əldə etmək üçün əlimizdən gələn köməkliyi edəcəyik. Bütün oyunlarda  komandama uğurlar arzu edirəm, bütün Azərbaycan voleybolunu dəstəkləyən hər kəsi Azərbaycan bayraqları ilə oyunlarımız zamanı gözləyirik".

Xatırladaq ki, Polina yaxında Türkiyənin "Fənərbaxça" klubuna keçib. 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB