TOP 10

DÇ-nin son günündə daha 3 medal

Güləş
Tarix: 2019-08-04 21:00

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb. Sport24.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
 

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı avqustun 4-də təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən hindistanlı rəqibinə qalib gəlib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən Fərid dünya üçüncüsü olub.


Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir avqustun 4-də həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.


Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.


Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib. Avqustun 4-də təsəlliverici görüşdə gürcü həmkarıyla qarşılaşan Rauf inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda mübarizədə moldovalı idmançıya uduzub.


Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Vəliyev qazandığı 2 xalın fonunda dünya çempionu olub!


Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb.


45 kq
Təsnifat - Fərid Sadıxlı - Valeri Manqutov (RUS) 4:3
1/8 final - Fərid Sadıxlı - Samatbek İzimqali (KAZ) 4:15
Təsəlliverici görüş - Fərid Sadıxlı - Harş Harş (İND) 8:0
Bürünc medal görüşü - Fərid Sadıxlı - Mehdi Əhədi Zenab (İRİ) 8:1


51 kq
Təsnifat - Elmir Əliyev - Eduardo Lovera (ARG) 4:0 (tuşe)
1/8 final - Elmir Əliyev - Məhəmməd Şaban (EGY) 5:0
1/4 final - Elmir Əliyev - Denis Florin Mihay (ROU) 4:2
1/2 final - Elmir Əliyev - Vladimir Voytoviç (UKR) 5:0
FİNAL - Elmir Əliyev - Seyid İsmayili Leivesi (İRİ) 1:2


60 kq
Təsnifat - Həsrət Cəfərov - Əziz Qasımov (KAZ) 10:4
1/8 final - Həsrət Cəfərov - Seyid Söhrabi (İRİ) 1:3


71 kq
Təsnifat - Rauf Əliyev - Uros Rayiç (SRB) 8:0
1/8 final - Rauf Əliyev - Andreas Vasilakopulos (GRE) 9:0
1/4 final - Rauf Əliyev - Rza Rəcəb Əli Saki (İRİ) 0:3
Təsəlliverici görüş - Rauf Əliyev - Data Çxaidze (GEO) 8:0
Bürünc medal görüşü - Rauf Əliyev - Aleksandrin Qutu (MDA) 0:6


92 kq
1/8 final - Laçın Vəliyev - Maik Haimov (İSR) 5:0
1/4 final - Laçın Vəliyev - Vladislav Valodin (BLR) 2:0
1/2 final - Laçın Vəliyev - Oktay Demir (TUR) 5:1
FİNAL - Laçın Vəliyev - Muxammed Yevloyev (RUS) *2:2

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB