TOP 10

Şəfaqət Həbibova: "Rəqiblərimiz yetərincə güclüdür, amma biz də zəif deyilik"

Voleybol
Tarix: 0000-00-00 00:00

Azərbaycanın qadınlardan ibarət voleybol yığmamızın üzvü Şəfaqət Həbibova sabah Bakıda startı veriləcək dünya çempionatının seçmə mərhələsi haqda fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, gənc oyunçumuz millimin doğma azarkeşlər qarşısında məsul sınaqdan üzüağ çıxacağına inanır: "İslam Həmrəylik oyunlarından dərhal sonra Bolqarıstana təlim məşq toplantısına yola düşdük. Sabah ilk oyunumuz Norveç millisi ilə olacaq. Düşünürəm ki, komandamız yetərincə hazırlaşıb. Rəqiblərimiz yetərincə güclüdürlər. Amma biz də zəif rəqib deyilik".

Xatırladaq ki, millimizin Avropa təsnifat oyunlarında rəqibləri Hollandiya, İsrail, Danimarka, Norveç və Ukrayna yığmasıdı. 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB