TOP 10

Ramin Musayev: "Neftçi"nin futbolçularından xahiş edərdim ki, "Bney Yehuda"nı 3:0 yox, 4:0 udaq"

Futbol
Tarix: 2019-08-04 12:16

 "Qəbələ"nin avrokuboklarda dayanması artıq bəlli idi. Bilirik ki, orda son illərdə baş verən dəyişiklər öz təsirini göstərdi. İnşallah, bundan nəticə çıxararlar". Bu fikirləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildiirb. 

 

Təmsilçilərimizin avrokuboklarda çıxışını dəyərləndirən qurum rəhbəri mübarizəni dayandıranlardan "Səbail"i fərqləndirib: "Bu komanda qitəmiqyaslı turnirdə ilk dəfə çıxış etdi və ona əvvəldən təbrik düşürdü ki, az tarixi olmasına baxmayaraq avrokuboklara vəsiqə qazandı. Yəni, "Səbail"in təcrübəsi olmaya-olmaya elə bir oyun göstərməsi təqdirəlayiqdir. Uduzmasına baxmayaraq, azarkeşləri sevindirdi. "Qəbələ"dən qorxduğumuz yoxdu ki, yeni mövsümdə zəif çıxış edir. Gənc prezidenti var. Hər şey əladı, daha yaxşı olacaq". 

 

Musayev qalan təmsilçilərimizdən "Neftçi" və "Qarabağ"a uğurlar arzulayıb: "Ardı gəlsin. İnanıram ki, pley-offda görüşəcəyik. Ruslara çempionatımızın səviyyəsini hələ 2005-ci ildə "Neftçi"ylə Moskvada "Birlik Kuboku"nun finalında "Lokomotiv"lə görüşdə göstərmişik. Yəni, tarixi unutmayaq. Sözsüz ki, "Neftçi"nin Tula "Arsenal"ı üzərində qələbəsini gözləyirdik, nəticəsini də gördük. İndidən deməyək ki, İsrailin "Bney Yehuda" klubunu da keçə bilərik. Qorxduğumuz elə bir rəqib yoxdu. Sadəcə, əvvəldən demək ki, onu keçəcəyik, yaxşı olmaz. Çünki futbolçular da bunu oxuyurlar, arxayınlaşmaq olmaz. Əksinə, futbolçulardan xahiş edərdim ki, israilləri 3:0 yox, 4:0 udaq. Qrupa düşmək başlanğıcını, ilk nöqtəni "Neftçi"ylə "Qarabağ" qoyub. Bunlar da sübut etməli, nəticəni göstərməlidi".

 

Xatırladaq ki, "Bney Yehuda"yla ilk matçı avqustun 8-də "Bakcell Arena"da keçirəcək  "Neftçi" "Arsenal"ı səfərdə 1:0, evdə 3:0 hesabıyla məğlub edib.

 

 

 

21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB