TOP 10

Yurçeviçin avrokubok qiyməti: Kiprlilərin arzuolunmazlığı və İsrail texnikasindan “Səbail”lə Ağabalayadək 

Futbol
Tarix: 2019-08-02 19:20

“Qarabağ” hər iki rəqibini layiqli futbol göstərməklə keçdi. Həm “Partizani”, həm də “Dandolk”la oyunlarda Azərbaycan çempionu dominantlıq etdi. Ağdamlılar sərgilədikləri futbolla hər iki rəqibiylə gorüşlərdə favorit olduqlarını nümayiş etdirdilər”. Bu sözləri Sport24.az-a verdiyi açıqlamada milli komandamızın baş məşqçisi Nikola Yurçeviç “Qarabağ”ın Çempionlar Liqasının ilk iki seçmə mərhələsində keçirdiyi oyunlar haqda deyib.

 

Xorvatiyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində Qurban Qurbanovun komandasının rəqibi olacaq APOEL-lə görüşlərə dair də fikirlərini bölüşüb: “Kipr təmsilçisi çox güclü rəqibdir. Bizi maraqlı oyunlar gözləyir. Hesab edirəm ki, mərhələni adlamaq üçün “Qarabağ”ın da yaxşı şansları var”.

 

Yurçeviç daha sonra “Neftçi”nin Avropa Liqasındakı çıxışını dəyərləndirib: “İlk rəqib Moldova təmsilçisi idi. Hesab edirəm ki, “Neftçi” “Sperantsa”nı hər iki oyunda bütün komponentlərdə üstələməyi bacardı. Bu oyuna azərbaycanlı futbolçular prizmasından yanaşsaq, qeyd edərdim ki, belə qələbələr milliyə gələn futbolçular üçün əlavə motivasiya olur. Tula “Arsenal”ı ilə görüşlər isə fərqli idi. Burda Rusiya kimi ölkənin sanballı bir komandası ilə mübarizə getdi ki, bakılılar ağıllı, əzmkar oyunları ilə rəqiblərini üstələməyi bacardılar. Deyərdim ki, nümunəvi oyunlar alındı. Yaxşı rəqiblə ağıllı oynamaqla yanaşı, hər bir futbolçu bacardığını maksimum edirsə, belə nəticələr əldə olunur. Bu qələbəyə çox sevindim. Mən ən çox “Neftçi”dəki azərbaycanlı futbolçuların performansına şad oldum”.

 

Mütəxəssis avrokubok iştirakçıları arasında milliyə namizədlərə dair suala da cavab verib: “Milliyə dəvət alması üçün əsas kriteri futbolçunun sabit oyun praktikasına sahib olmasıdı. Əlbəttə, bəzən istisnalar olur. “Səbail”ə görə acıdım. Püşkdə bəxtləri gətirməmişdi. Rumınlardan bir qədər zəif rəqib düşsəydi, Aftandil Hacıyevin yetirmələri mərhələni keçəcəkdilər. Fərdlərə gəlincə, əlbəttə, Ağabala Ramazanova görə çox sevindim: 2 oyuna 3 qol vurması əla göstəricidi. Rauf Əliyev ötən mövsüm o qədər də uğurlu olmasa da, indi “Neftçi”də özünə gəlir. Ötən axşam qol da vurdu. Hesab edirəm ki, bu cür davam etsə, ölkə futboluna faydalı olacaq”.

 

Sonda Yurçeviç “Qarabağ”ı ehtiyatlı olmağa çağırıb: "APOEL-də 20-yə yaxın legioner çıxış edir. Ümumiyyətlə, Kipr təmsilçilərinə qarşı heç bir klub oynamaq istəmir. Çünki adalılar qalib gəlmək üçün bütün vasitələrə əl atırlar, hətta qeyri-idman hərəkətlərinə də. “Bney Yehuda”ya gəlincə, bu komandanı yaxından tanımasam da, ümumilikdə İsrail klub futboluna bələdəm. Bu ölkənin təmsilçiləri texnikalı futbola üstünlük verirlər və mənə maraqlıdı ki, “ağ-qaralar” bu rəqibə qarşı özlərini necə göstərəcəklər. Bütün hallarda, “Neftçi”ni rəqibindən az da olsa üstün gorürəm”.
 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB