TOP 10

Çimərlik voleybolu üzrə növbəti çempionat start götürdü

Voleybol
Tarix: 0000-00-00 00:00

Mayın 27-28-də çimərlik voleybolu üzrə “Respublika Çempionatı”nın I turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, ötən illərdən, çempionatlardan fərqli olaraq bu yarış 3 turdan və final mərhələsindən ibarət olacaq.

Ilk turda 16 qadın 16 kişi komandası iştirak edib. Reqlamentə görə iki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırır, hər tur üzrə tutduğu yerlərə görə komandalar reytinq xalı toplayır və ən çox xal toplayan cütlük çempionatın qalibi olur.

Qadin komandaları arasında keçirilən yarışda birinci turun ən güclüləri: III yer (Elvira Akcurina, Zemfira Xancalova), II yer  (Aygün Babayeva, Nazilə Səlimova), I yer (Ilhamə Əliyeva Çinarə Quliyeva) tutdular.

Kişi komandaları arasında keçirilən yarışda birinci turtun ən güclüləri : III yer (Vüsal Rüstəmov ,Səlimxan Əhmədov), II yer (Heydər Məmmədli ,Mirəşrəf Rzazadə), I yer (Vüsal Qurbanov, Zeynal Qasimov)

Qeyd edək ki, I yer- 400 xal, II yer- 360 xal , III yerin sahibləri isə 320 xal qazanırlar.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB