TOP 10

"Qarabağ" daha bir Gürcüstan klubunu məğlub etdi

Futbol
Tarix: 0000-00-00 00:00

“Qarabağ”ın 11 yaşlılardan ibarət komandası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə də qələbəni bayram edib.

Azyaşlı futbolçularımız yerli “Olimpik”i 3:1 hesabı ilə məğlub edərək, qrup qalibi adını qazanmağa bir addım da yaxınlaşıblar. Bunun üçün son oyunda daha bir Gürcüstan təmsilçisi – “Champion”a da kimin “çempion” olmağa layiq olduğunu sübut etmək gərəkdi.

Qeyd edək ki, təmsilçilərimiz qrupdakı ilk görüşdə “İveriya”nı 4:1 məğlub ediblər.
 

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB