TOP 10

Bordin sabahkı plandan danışdı: “İlk dəqiqələrdən “Neftçi”nin qapısında qol görmək istəyirsiniz?”

Futbol
Tarix: 2019-07-24 20:23

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah “Arsenal”ın qonağı olacaq “Neftci”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. Sport24.az-ın Tulaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Bizi sabah çox maraqlı oyun gözləyir. Rəqib çempionatda son iki oyunu yaxşı keçirib. Hazırda bizdən fiziki cəhətdən güclü olan komandaya qarşı oynayacağıq.

 

- Altı saatlıq yubanma komandaya necə təsir edəcək?
-
Bu, yalnız bu günə təsir edəcək. Müəyyən stress yaşandı, məşq vaxtını dəyişməli olduq. Sabahkı matça isə təsir etməyəcək və yaxşı oyun sərgiləməyə çalışacağıq.

 

- Sabahkı oyuna baş plan necədi: qapının toxunulmazlığını qorumaq, yoxsa Bordin komandası Tulaya qələbə arxasınca gəlib?
- Əlbəttə, qol buraxmamaq əla olardı. Ancaq əvvəl də qeyd etdiyim kimi, “Arsenal” hazırda yaxşı formadadır. Qol buraxmamaq yaxşı olardı. Eyni zamanda unutmayaq ki, bizi hələ Bakıda da cavab oyunu gözləyir. Ağıllı oynamalıyıq. Təbii ki, bu matça hazırlaşmaq üçün vaxtımız olub və sabah şanslarımızdan istifadə edərək qol vurmağa da çalışacağıq.

 

- Sabah anşlaq gözlənilir. Bu, komandanızın üzərinə təzyiqi artıracaqmı? Üstəlik Neftçiqol buraxsa...
- Çox çətin olacaq. Rəqib ilk dəfədir qitəmiqyaslı turnirdə iştirak edir və tribunaların coşqusunu təsəvvür edirik. Ancaq biz də hazırlaşmışıq. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə olacaq. Burdan müsbət nəticəylə qayıtmağa çalışacağıq. İlk dəqiqələrdən “Neftçi”nin qapısında qol görmək istəyirsiniz (gülür)? Sabah nəyin necə olacağını görəcəyik.

 

- Sabah yağış olacağı gözlənilir. Hava şəraiti oyuna necə təsir edəcək?
- Düşünmürəm ki, yağış taktiki planları dəyişə bilər. Zənnimcə, sadəcə, sürət daha yüksək olacaq.

 

 

CEYHUN ƏLİYEV, Tula

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB