TOP 10

“Bakı-2015”də iştirak edən boksçu öldü - döyüşdə aldığı ciddi zərbələrə görə

Boks
Tarix: 2019-07-24 00:12

Rusiyalı boksçu Maksim Dadaşov döyüşdən sonra həyatını itirib. Sport24.az xəbər verir ki, ABŞ-da Sabriel Matiasla qarşılaşmada başından ciddi zərbələr alan 28 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.
 

Maksim 11-ci raundda görüşü dayandırmalı olub. Halı pisləşən boksçu xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.
 

Qeyd edək ki, Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.

 

21 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB