TOP 10

Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib

Digər
Tarix: 0000-00-00 00:00

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Çexiyanın Raçitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. 27 yaşlı idmançı bu nailiyyətə 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə nail olub. 

Aleksandrov təsnifat mərhələsində finişə 7 dəqiqə 12,350 saniyəyə 5-ci çatıb. Bundan sonra təsəlliverici mərhələyə qatılan təcrübəli avarçəkən 7 dəqiqə 9,740 saniyə nəticə ilə mərhələ adlayıb. Bu gün baş tutan yarımfinalda isə o, 7 dəqiqə 2,610 saniyə göstərici ilə yenə ikinci olub. Nəticədə Azərbaycan təmsilçisi xorvatiyalı Damir Martin (07:00.360) və fransalı Uqo Buşeronla (07:02.970) birgə həlledici mərhələdə iştirak hüququna yiyələnib. Digər yarımfinal yürüşündə isə ilk üç yeri çexiyalı Ondrey Sinek (06:54.080), belaruslu Stanislav Şerbaçenya (06:55.550) və almaniyalı Tim Ole Naske (06:57.010) tutub. 

Beləliklə, 6 akademik avarçəkənin iştirakı ilə final yürüşü mayın 28-də Bakı vaxtı ilə saat 16:03-də başlanacaq.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB