TOP 10

Dabo “Arsenal”a qarşı oynayacaqmı? - Son durum

Futbol
Tarix: 2019-07-22 18:00

Baqali Dabo Tulada “Arsenal”a qarşı baş tutacaq Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda da iştirak etməyəcək. Fransalı forvardın son durumu haqda Sport24.az-a məlumat verən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev fransalı futbolçunun məşqlərə başladığını bildirdi: “Dabo fərdi şəkildə məşqlərə başlasa da, kollektivə hələ qoşulmayıb. Zədəsinin sağalması gözlədiyimizdən də intensiv formada gedir”.

 

Allahverdiyev Dabonun “Arsenal”la Rusiyadakı oyunda iştirak etmək şanslarına da toxundu: “Böyük ehtimalla, onun xidmətindən yararlanmaq mümkün olmayacaq”.

 

Qeyd edək ki, “Arsenal” - “Neftçi” matçı iyulun 25-də, Bakı vaxtı ilə 21:00-da start götürəcək.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB