TOP 10

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür

Digər
Tarix: 2019-07-22 13:14

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür. Sport24.az xəbər verir ki, lkədə ilk mətbu orqanın - təməli Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

 

"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun milli mətbuatımızın təşəkkül tapmasında əvəzsiz rolu olub. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

 

Sport24.az bu gün peşə bayramını qeyd edən bütün media nümayəndələrini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır. Qələminiz qüvvətli, sözünüz kəsərli olsun!!!

 

21 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB