TOP 10

"Qəbələ" üçün "Feyenoord", "Neftçi" İsrail klubuna düşdü

Futbol
Tarix: 2019-07-22 16:14

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Neftçi” və “Qəbələ”nin həmin təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. 
 

İkinci raundda Tula “Arsenal”ı ilə qarşılaşacaq “Neftçi” püşkatma zamanı səpələnmişlər səbətində yer alıb. “Ağ-qaralar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə, İsrailin "Bney Yehuda" klubuyla görüşəcək. Tel-Əviv təmsilçisi 10 il öncə elə bu turnirdə "Simurq"u mübarizədən kənarlaşdırıb. - evdə 0:1, səfərdə 0:3. 


 

Avropa Liqası, III təsnifat mərhələsi

Səpələnmişlər

"Sparta" (Praqa, Çexiya)

"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi

"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi

AEK (Yunanıstan)

"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi

"Arsenal" (Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi


 

Səpələnməmişlər

"Trabzonspor" (Tükiyə)

"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi

"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi

"Bney Yehuda" (Tel-Əviv, İsrail)

"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi

 

Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayaraq Tiflis “Dinamo”su ilə üz-üzə gələcək “Qəbələ” püşkatmada səpələnməmişlər sırasında olub. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” Tiflis təmsilçisini keçərsə, III raundda nisbətən güclü komanda ilə düşməli idi. Azərbaycan Kubokunun son qalibinə Hollandiyanən ən məşhur klublarından olan "Feyenoord" düşüb.


 

Səpələnmişlər

“Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi

“Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi

“Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütünün qalibi

“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu (Çempionlar Liqası)

“Feyenoord”


 

Səpələnməmişlər

"Austria" (Avstriya)

"Norçeppinq" (İsveç) - "Liepaya" (Latviya) 

"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)

"Şaxtyor" (Soliqorsk, Belarus) - "Esberq" (Danimarka)

"Antverpen" (Belçika)
 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək. Püşkə görə "Qəbələ" ilk matçını səfərdə,  "Neftçi" evdə keçirəcək. 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB