TOP 10

"Qarabağ"ın potensial rəqibi bilindi

Futbol
Tarix: 2019-07-22 14:09

Bu gün Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılır. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayan mərasimdə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da növbəti mərhələdə potensial rəqibi məlum olub.

 

İkinci təsnifat mərhələsində İrlandiya “Dandolk”uyla qarşılaşacaq Ağdam təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası hazırkı rəqibini keçərsə, III raundda səpələnmişlər səbətindəki nisbətən reytinqi yüksək olan komandalardan biri ilə düşəcək. Ancaq püşkü o qədər uğursuz adlandırmaq da olmaz. Belə ki, "Qarabağ" irlandları keçərsə, APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə görüşəcэk. Püşkə görə, təmsilçimiz yenə ilk matçını səfərdə keçirəcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.



Çempionlar Liqası, III təsnifat mərhələsi

 

Çempionlar yolu


Səpələnmişlər

“Ayaks” (Hollandiya)

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi


 

Səpələnməmişlər

PAOK (Yunanıstan)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi

"Ferensvaroş" (Macarıstan) – "Valetta" (Malta) cütünün qalibi


 

Liqa yolu

Səpələnmişlər

“Portu” (Portuqaliya)

“Dinamo” (Kyev, Ukrayna)

“Bazel” (İsveçrə) - PSV (Hollandiya) cütünün qalibi 

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Plzen Çexiya)


 

Səpələnməmişlər

“Brügge” (Belçika)

“Krasnodar” (Rusiya)

“Başakşəhər” (Türkiyə)

LASK (Avstriya)

 

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB