TOP 10

Əsgərov üçün 61 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-07-22 09:18

Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Yelqava” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.


Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.


“Liepaya” hazırda 25 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB