TOP 10

Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

Dünya Futbolu
Tarix: 2019-07-21 22:00

Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Əli Şirinov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Riqa” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.


Azərbaycanlı futbolçulardan heç biri bu oyunun iştirakçısı olmayıb. Əli sonadək ehtiyatda qalıb. Turalın adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.


“Dauqavpils” hazırda 21 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB