TOP 10

“Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

Futbol
Tarix: 2019-07-21 20:22

Növbəti mövsümə hazırlığı Ankarada davam etdirən “Sumqayıt” bu gün Türkiyədə ilk yoxlama matçına çıxıb. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı sözügedən kollektiv Rumıniyanın “Petrolul Ploieşti” klubu ilə qarşılaşıb. 


Kızılcahamam mərkəzi stadionunda keçirilən matçda qapılara bütövlükdə 4 qol vurulub. Qarşılaşma isə heç-heçə başa çatıb.


Yoxlama oyunu
21 iyul


Sumqayıt – Petrolul Ploieşti 2:2
Qol: Şəhriyar Əliyev, 16. Rüfət Abdullazadə, 38 - Antoniu Manolaşe, 4. Villian Pozo-Venta, 77.
Kızılcahamam mərkəzi stadionu.


Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə, 97. Xəyal Nəcəfov.

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB